Aİ-nin Xarici Əlaqələr Şurasında Azərbaycan - Ermənistan münasibətləri müzakirə olunacaq

22 İyun 2023 13:07 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının iclasında Azərbaycan - Ermənistan münasibətləri də müzakirə olunacaq.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İclas iyunun 26-da Lüksemburqda keçiriləcək, digər məsələlərlə yanaşı, Azərbaycan - Ermənistan münasibətləri ilə bağlı da dinləmələr olacaq.