Bu gün Qazaxıstanın Baş naziri Alixan Smailov Azərbaycanda səfərdədir. Rəsmi səfər zamanı Prezident İlham Əliyevi Baş naziri qəbil edib.
Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələrinin dərinləşməsi halları müşahidə olunur. O qeyd edib ki, iki dövlət arasında olan əlaqələr özünü həm də ticarət dövriyyəsində göstərir:
"Bu sahədə artımlar həm Qazaxıstan, həm də Azərbaycanın ixrac potensialına uyğun olaraq dəyişir. Baş Nazir cənab prezident tərəfindən qəbul edildi. Xüsusilə iki ölkəni də maraqlandıran məsələlər müzakirə olunub”.
Millət vəkili onu da vurğulayıb ki, Qazaxıstan baş nazirinin Azərbaycana səfəri ölkələr arasında olan iqtisadi əlaqələrin genişləndirilməsi baxımından kifayət qədər ciddi zəmin yaradır.
“Bu həm Azərbaycan, həm də Qazaxıstan iki tərəfli əməkdaşlığı gücləndirir.Digər tərəfdən də hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində də sıx strateji münasibətlərə malikdir. Xüsusilə də maliyyə fondlarının yaradılması, qarşılıqlı investisiya yatırılmasının genişləndirilməsi,idxal-ixrac əməliyyatlarının artırılması hər iki ölkə üçün əsas hədəflərdən biridir. Bütövlükdə hər iki ölkə arasında son illər artan iqtisadi əlaqələrin və strateji münasibətlərin növbəti illərdə daha da dərinləşəcəyini və inkişaf etməsini müşahidə edəcəyik”.
Ayan Rzayeva