Telman İsmayılov “rus oliqarxı” kimi təqdim edildi

27 İyul 2013 10:09 (UTC+04:00)

"Oliqarx Telman İsmayılov 50-ci doğum günündə Cenifer Lopesin iştirakı üçün 1 milyon 400 min dollar verib". Bunu Türkiyənin "Hurriyet" qəzetinin köşə yazarı Doğan Uluç yazıb.

D.Uluç yazısını tanınmış sənətçilərin külli miqdarda pul alaraq varlı şəxslərin yubiley və digər mərasimlərində iştirak etməsinə həsr edib. Sənətçilərin "kirayələnməsi" ənənəsini Cenifer Lopezin başlatdığını bildirən yazar Telman İsmayılovu yazısında azərbaycanlı yox, rus oliqarx kimi təqdim edib.

Elnarə
AzNews.az