Ceyhun Bayramov təsdiqlədi: Ermənistan XİN başçısı ilə görüşəcək

23 İyun 2023 12:55 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini təsdiqləyib.

O, bu barədə “Röyters”ə müsahibəsində danışıb.

Nazir qeyd edib ki, rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var.

C.Bayramov bildirib ki, Azərbaycan Ermənistanla razılıq əldə olunmasında maraqlıdır.