Hikmət Hacıyev xarici diplomatik korpusla “Laçın” sərhəd-buraxılış məntəqəsində olub

24 İyun 2023 13:37 (UTC+04:00)

“Ermənistanın törətdiyi təxribatdan sonra "Laçın" sərhəd-buraxılış məntəqəsində aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır”.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.

"Xarici diplomatik korpusla birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsindəyik. Ermənistanın törətdiyi təxribatdan sonra aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır", - paylaşımda deyilir.