"Vaqner" muzdlu birliyinin lideri Yevgeni Priqojin Rusiyada hərbi qiyam qaldırıb. İlk anda Rusiya Müdafiə Nazirliyinin və nazir Şoyqunun əleyhinə üsyan xarakterli olan və Priqojinin "Ədalət marşı" adlandırdığı, orduda əmr-komanda zəncirinin qırılmasının təzahürü kimi ortaya çıxan hadisə "Vaqner"çilərin siyasi bəyanatlar verməsi və dövlət başçısı Putinə meydan oxuması ilə tipik hərbi çevriliş səciyyəsi alıb.
Mərkəzi hakimiyyətin "Vaqner"i qeyri-silahlı üsullarla tabe etdirməsi və cəzalandırması artıq mümkün görünmür. Yaxın saatlarda və günlərdə Rusiyanın qanuni hakimiyyəti Priqojini məhv etməsə və onun başçılıq etdiyi muzdlu birliyi dağıtmasa, şimal qonşumuzda vətəndaş müharibəsi və ikihakimiyyətlilik qaçılmazdır. Bizim dövlət maraqlarımız baxımından Rusiyada qanuni hakimiyyətin təhdid edilməsi, ikihakimiyyətlilik yaranması və qonşudakı böyük bir dövlətdə vətəndaş müharibəsinin çıxması ilk baxışdan göründüyü kimi, heç də müsbət hal deyil. Azərbaycan dövləti və cəmiyyəti üçün Rusiyanın qanuni hakimiyyəti yeganə tərəfdir. Bu, beynəlxalq hüququn və dövlətlərimiz arasındakı yaxşı əlaqələrin tələbi olmaqla yanaşı, eyni zamanda, praqmatik yanaşmadır. Çünki proseslərin Kremlin, Putinin nəzarətindən çıxması halında, Rusiyadakı ikinci hakimiyyəti yaradacaq qüvvə 20-ci əsrin əvvəllərində olduğu kimi, Azərbaycana qarşı aqressiv olacaq. Qarabağdakı RSK-nın rəhbərliyinin onlara qoşulacağı təqdirdə isə vəziyyət daha da qəlizləşəcək. Elə bu səbəbdən də Rusiyada vətəndaş müharibəsi başlayarsa, qanuni Moskva hakimiyyəti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı RSK-nın Qarabağdan çıxarılması üçün əmr verməlidir. Çünki bu qüvvəyə onun Rusiyada və Ukraynada ehtiyacı var. Qafqazda sülhü və əmin-amanlğı biz özümüz təmin edərik. Qarabağdakı RSK Rusiyadakı mərkəzi hakimiyyətə tabe olsa belə, Sorosun Ermənistandakı canişinləri tərəfindən bölgədəki işğalçı erməni qoşunlarının qalıqlarının hədəfinə gətirilə bilər. Bu da Putin hakimiyyəti üçün yaxşı perspektiv vəd etmir.
Bu, ilk baxışdan şişirdilmiş versiya kimi görünə bilər, amma elə deyil.
Hər iki ehtimala arxitekturası çökmüş dünyada, Moskvanın Ukraynanı işğal planlarının heç də uğurla getməməsindən sonra şiddətlənmiş ABŞ-Rusiya qarşıdurması fonunda nəızər salaq. Ən böyük rəqibiniz Rusiyada çaxnaşma düşübsə, "Ağ ev" nə edər? Üzdə nə bəyanat verməsindən asılı olmayaraq, bütün hərbi, kəşfiyyat, mailiyyə, informasiya və s. resurslarını işə salıb ölkəni vətəndaş savaşına sürükləyər. Qərbin bunun üçün Rusiyaya qarşı istifadə edəcəyi ən mühüm kart erməni kartıdır. Əvvəla, ABŞ və digər Qərb ölkələri bu kartdan SSRİ-nin dağılması üçün istifadə edib. Bunu unutmayaq. İkincisi, hadisələrin episentri olan rayonda- Rostov vilayətində ermənilər kompakt yaşayır. Üçüncüsü, Rusiyanın dövlət sistemində, o cümlədən ordusunda nüfuzlu ermənilər var. Qərb onlara göz qırpan anda həmin ermənilər Putinə qarşı istənilən təxribatda həvəslə yer alacaqlar. Dördüncüsü, Rusiyadakı erməni oliqarxları və diasporu daim pul və qadın rüşvətindən istifadə edərək mövqe qazanıblar. Deməli, əllərində kifayət qədər böyük adamlara qarşı böyük kompramatlar var. Bu kompramatların sosial şəbəkələrdə yayılması Rusiyanın siyasi sistemini Priqojindən daha betər təhdid edər.
Odur ki, hazırda Rusiyanın qanunu hakimiyyəti üçün hərbi təhdid "Vaqner"dirsə, "5-ci kolon" olaraq istifadə olunacaq rıçaq ermənilərdən. Rusiya ilk növbədə öz maraqları naminə idarəçilik sistemini dərhal bu kolondan təmizləməlidir.
Taleh ŞAHSUVARLI