Dilənçiliklə məşğul olan 39 azyaşlı saxlanıldı
27 İyul 2013 11:28 (UTC+04:00)
Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb.
AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb və Bakı BPİ MTM-ə təhvil verilib.
Saxlanılanlardan 7-si qadın, 39-u isə azyaşlıdır.
AzNews.az