“Mətbuat bizə çamur atır”

27 İyul 2013 11:59 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Londonun "The Times" qəzetini məhkəməyə verməklə hədələyib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir qəzeti onun hakimiyyətini "Diktator hakimiyyəti" adlandırıldığı məktubu dərc etməkdə ittiham edib. Elm və incəsənət xadimlərinin iştirakı ilə yazılmış məktubda baş nazirin 2013-cü il iyun ayında olan kütləvi aksiyanın iştirakçılarına qarşı münasibəti tənqid edilmişdi.

Türkiyənin NTV telekanalına müsahibəsində Ərdoğan "The Times" qəzetinin səhifələrində dərc etdiyi məktubun "gizli reklam elanı" olduğunu bəyan edib.

"Mətbuat bizə çamur atır və kənardan onun necə yapışdığını izləyir",- deyə Ərdoğan qeyd edib.

O həm də qəzetdə dərc olunan məktubu yazanları qeyri-səmimilikdə və demokratik dəyərlərə söykənməməkdə ittiham edib.

Qeyd edək ki, məktubu 30 nəfər, həmçinin türk pianoçu Fazil Say, Amerika kinoaktyorları Şon Penn və Syuzan Sarandon, rejissor Devid Linç və britaniyalı tarixçi Devid Starki imzalayıblar.

AzNews.az