Bu, Putini hakimiyyətdən kənarlaşdıracaq qədər təsirli hadisə deyil - Yücel Karauz

27 İyun 2023 11:33 (UTC+04:00)

“Bu, Rusiyada Putin iqtidarına son qoya biləcək cəhd sayıla bilməz.

Hazırda əldə edilən məlumatlara əsasən Rusiyanın etdiyi vasitəçilik cəhdlərinin nəticəsində qarşı tərəf irəliləməyi dayandırmağı və əsgərlərini geri çəkəcəyini bildirimişdi. Heç bir ordu ölkə daxilində özündən başqa silahlı qüvvənin fəaliyyət göstərməsini istəməz”.

Bu sözləri Rusiyada baş verən hadisərlə bağlı Aznews.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

O qeyd edib ki, güc, mühafizə, kritik qızıl mədənlərini qorumaq üçün istifadə edilə bilər, lakin bu cür muzdlu hərbi qrupların hərbçilərlə birlikdə fəaliyyəti son dərəcə yanlışdır.

“Putin Ukraynada kifayət qədər səfərbərlik edə bilmədiyi üçün bu qüvvələrdən xüsusi təyinatlılar kimi deyil, adi ordu kimi istifadə etməyə çalışdı. Nəticədə onlar da böyük bir gücə çevrildilər və Rusiyanın suverenliyini və bütövlüyünü təhdid edərək hərbi üsyan qaldırdılar. Təbii ki, bu, Rusiyanı, Putin rəhbərliyini sarsıdacaq”.

Y. Karauz onu da vurğulayıb ki, bu Putini hakimiyyətdən kənarlaşdıracaq və Rusiyada hakimiyyət dəyişikliyinə səbəb olacaq qədər effekt verə bilməz:

“Bu kiçik münaqişələr bəzi ərazilərin ələ keçirilməsi ilə nəticələnə bilər. Bu, nə Moskvaya doğru hərəkətə keçə bilər, nə də Putini devirə bilər. Təbii ki, Amerika Birləşmiş Ştatları və Rusiya muzdlu əsgərlərdən istifadə edən ölkələr bu muzdlulardan istifadə etməyi düşünən dövlətlər üçün nümunə götürülməli olan yeni bir dövrün başlanğıcını qoydular. Bu, Rusiya tarixinə düşəcək bir üsyan idi. Bu, Putinə məsələ ilə bağlı bəyanat verəcək qədər, ordunun motivasiyasına kifayət qədər təsir edəcək bir fəaliyyət idi”.

Ayan Rzayeva