Tuneldə ağır qəza: 4 yaralı - FOTOLAR

27 İyul 2013 15:00 (UTC+04:00)
Bu gün günorta saatlarında paytaxtın Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsindəki tuneldə ağır yol qəzası baş verib.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində tuneldə bir neçə avtomobil toqquşub. Qəzada 4 nəfərin yaralandığı bildilir ki, onlardan da biri Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir.

Hadisə yerinə DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Azər İbrahimov da daxil olmaqla yüksək vəzifəli rəsmilər gəlib. Qəza tuneldə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib, tıxac yaranıb. Hadisənin səbəbləri araşdırılır.

Elnarə
AzNews.az