III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə çıxış edəcəklər

26 İyun 2023 09:05 (UTC+04:00)
Polşada təşkil olunan III Avropa Oyunları davam edir. Aznews.az-ın məlumatına görə, yarışın yeddinci günündə Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar. Badmintonda dörd, muay-tay və boksda üç, taekvondo və atıcılıqda bir idmançı qüvvəsini sınayacaq. 26 iyun Atıcılıq 11:00. Nigar Nəsirova (tapança ilə 25 metr məsafəyə atəş açma) Taekvondo 11:36. 87 kq, 1/8 final: Taleh Süleymanov - Aleksander Baçman (Yunanıstan) Badminton 11:30. Kişilər Fərdi yarış: Eddi Reski Dviçayo (qrup mərhələsi) Cütlər: Eddi Reski Dviçayo, Ezmi Qovimuramadhoni (qrup mərhələsi) 11:30 Qadınlar Fərdi yarış: Keyşa Fatimə Zəhra (qrup mərhələsi) 18:00. Cütlər: Era Məftuha, Keyşa Fatimə Zəhra (qrup mərhələsi) Boks Qadınlar 16:15. 66 kq, 1/8 final: Şəhla Allahverdiyeva – Oşin Deriyuv (Belçika) Kişilər 21:45. 51 kq, 1/8 final: Məsud Yusifzadə - Atilla Bernat (Macarıstan) 22:00. 80 kq, 1/8 final: Murad Allahverdiyev – Nikita Niysted (Finlandiya) Muaytay Kişilər 17:10. 67 kq, 1/2 final: Xəyal Əliyev - Oskar Siqert (Polşa) Qadınlar 18:40. 57 kq, 1/2 final: Aysun Dərvişova - Patrisiya Axlinq (İsveç) 19:10. 63,5 kq, 1/2 final: Emiliya Rzayeva - Tereza Steçova (Çexiya)