İran və Rusiya memorandum imzalayacaq

26 İyun 2023 20:29 (UTC+04:00)

İran Hüquq-Mühafizə Qüvvələrinin baş komandanı Əhmədrza Radan Rusiya tərəfinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

General səfər zamanı Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək və polis əməkdaşlığının inkişafı üzrə danışıqlar aparacaq.

İki ölkə arasında terrorizm, insan alveri, narkotiklərlə mübarizə və polis elmi-tədqiqat əməkdaşlığı sahəsində ikitərəfli polis əməkdaşlığına dair memorandum imzalanacaq.