Bakıda xəstəxana binasında yanğın

27 İyul 2013 16:45 (UTC+04:00)
Bakıda xəstəxana yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Xəzər rayonunda qeydə alınıb. 5 mərtəbəli xəstəxananın 1 saylı korpusunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan 3 otağın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 20 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğın bölmələri tərəfindən 2-ci mərtəbədən 4 nəfər xəstə təxliyə olunub. Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 10:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

AzNews.az