"Qarabağın istənilən nöqtəsində hədəf olacaqlar" - Siyasi şərhçi

28 İyun 2023 22:43 (UTC+04:00)

"Pilotsuz uçuş aparatlarımız yenə iş başındadır. Dronlarımız vasitəsilə bu dəfə separatçılara zərbələrinin çətinliyi ondadır ki, düşmənin yeri dəqiq müəyyənləşməlidir, çünki bölgədə Rusiya hərbi kontingentinin postları da var. Ancaq bugünkü zərbələrimiz və separatçıların itkiləri göstərir ki, biz bu çətinliyi adlamışıq. Erməni separatçıları anlayırlar ki, artıq onların bölgədə gizlənəcək yerləri azdır, istənilən məntəqələri hədəf götürülə bilər".

Bu barədə AzNews.az-a siyasi şərhçi Elxan Şahinoğlu danışıb. Şahinoğlu daha sonra deyib:

"Əli silahlı separatçı Qarabağın istənilən nöqtəsində hədəfimizdir və Rusiya hərbi kontingenti bunun qarşısını ala bilməyəcək. Bu gedişat separatçıların tərksilah olunmasını aktuallaşdırır, əksi dron zərbələrinin sayını və ünvanlı anti-terror əməliyyatların sayının artmasına gətirib çıxaracaq".