“Nabran Holiday Village”in 3 əməkdaşı tutuldu

28 İyul 2013 07:29 (UTC+04:00)
"Nabran Holiday Village"də baş vermiş olayla bağlı 3 nəfər saxlanılıb.


AzNews.az Publika.az- istinadən xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğundakı mənbəyə əsasən məlumat verir.

Məlumata əsasən, hər 3 şəxs "Nabran Holiday Village"in əməkdaşlarıdır. Hazırda onların Xaçmaz rayon polis şöbəsində saxlanıldığı və yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağı bildirilib.

Qeyd edək ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət almışdı.

AzNews.az