Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiyaya səfər edəcək.
Moskvaya səfər edəcək nümayəndə heyətinin üzvü millət vəkili Azər Badamov mövzu ilə bağlı saytımıza danışarkən bildirib ki, Milli Məclisin nümayəndə heyəti 5-7 iyul tarixlərində Rusiyaya səfərdə olacaq.
“Hesab edirəm ki, parlamentlərarası əməkdaşlıq komisiyasının keçirdiyi iclaslar ölkələrimiz arasında əməkdaşlığın və dostluğun inkişafına töhfə verir”, - o əlavə edib.
Millət vəkili qeyd edib ki, nümayəndə heyətimizin Moskvaya səfəri Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak etmək məqsədi daşıyır:
"Keçiriləcək iclasda həmkarlarımız parlamentlərarası əməkdaşlıqın inkişafına, o cümlədən Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafında parlamentlərin verəcəyi töhfələr ətrafında çıxışlar edəcəklər. O cümlədən Azərbaycanla Rusiya arasında sərhəd və logistika sahəsində əmkdaşlıq ətrafında mənim çıxışım da nəzərdə tutulub”.
Rəşid Qarayev