İran hökuməti və xalqı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Tehrana üzvlük verdiyinə görə minnətdardır.
Aznews.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Hindistanın sədrliyi ilə keçirilən ŞƏT sammitində İranın ŞƏT-ə üzvlüyünə görə təşəkkür edib.
"Hindistanın baş nazirinin xoş sözlərini və sammitin təşkili üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, ölkəmizi ŞƏT-in tamhüquqlu üzvünə çevirdiyinə görə İran hökuməti və xalqı adından minnətdarlığımı bildirmək istərdim",-deyə İbrahim Rəisi qeyd edib.
Qeyd edək ki, ŞƏT rəsmi olaraq İranın təşkilata üzv olduğunu və onun doqquzuncu üzvü olduğunu elan etdi.
Mövsüm