Superkubokun qalibi müəyyənləşdi - VİDEO

28 İyul 2013 08:40 (UTC+04:00)
Futbol üzrə Almaniya Superkubokunun qalibi müəyyənləşib. AzNews.az-ın Qol.Az- aistinadən verdiyi məlumata görə, həlledici görüşdə "Bavariya" və "Borussiya" (Dortmund) komandaları üz-üzə gəlib.

Son Almaniya çempionu və ölkə kubokunun qalibinin dueli böyük maraq doğururdu. Bu görüşdə rəqibini 4:2 hesabı ilə məğlub edən "Borussiya" superkuboka sahib çıxıb.

Qeyd edək ki, "Bavariya" klubu avqustun 30-da UEFA Superkuboku çərçivəsində "Çelsi" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

"Borussiya" (Dortmund) - "Bavariya" - 4:2
Qollar: Reus, 6 (1:0), Robben, 54 (1:1), Van Buyten, 56-avtoqol (2:1), İlkay Gündoğan, 57 (3:1), Robben, 64 (3:2), Reus, 86 (4:2)



AzNews.az