İranda qum fırtınası nəticəsində 403 nəfər xəstəxanaya yerləşdirilib

4 İyul 2023 15:36 (UTC+04:00)

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası ilə əlaqədar 400-dən çox insan xəstəxanalara müraciət edib.

Aznews.az xəbər verir ki, Təsnim Xəbər Agentliyinin məlumatına görə, küləyin sürətinin 104 kilometrə çatdığı bölgədə havada tozun miqdarında ciddi artım var.

Sistan-Bəlucistan Fövqəladə Hallar Başçısı Məcid Muhibbi, "120 günlük küləklər ərzində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 403 nəfər xəstəxanalara müraciət edib. Onlardan 70-i xəstəxanaya yerləşdirilib. 333 nəfər ambulator müalicə alıb”,-deyə qeyd edib.

Bildirilir ki, havada tozun miqdarının artması səbəbindən Zehekdə görmə məsafəsi 500 metrə, Zabulda isə 2 kilometrə qədər azalıb.

Qeyd edək ki, Sistan-Bəlucistan əyalətində ötən ay fırtına səbəbindən 6 gündə 1191 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb.

Mövsüm