Nazir: Gürcüstan hökuməti Saakaşvilinin sağlamlığının qeydinə qalır

4 İyul 2023 20:44 (UTC+04:00)

Saakaşvilinin sağlamlıq vəziyyəti televiziyadakı görüntüləri ilə, yox həkimləri tərəfindən aparılan müayinələrlə qiymətləndirilir.

Aznews.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə deyib. O, sabiq Prezidentin məhbus olduğunu və hökumətin onun sağlamlığının qeydinə qaldığını deyib.

Əlavə edib ki, Mixeil Saakaşvili həkimlərin tövsiyələrinə əməl etmir və özünə zərər verməklə məşğuldur.

Rati Breqadze sağlamlıq vəziyyəti imkan verdiyi zaman Saakaşvilinin müalicə aldığı klinikadan həbsxanaya qaytarılacağını deyib.