İranda son 3 ayda Krım-Konqo hemorragik qızdırması xəstəliyindən 3 nəfər dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin insanlar və heyvanlar arasında keçən xəstəliklərlə mübarizə şöbəsinin müdiri Dr. Məhəmməd Rza Şirzadi bağlı məlumat verib.
"Son 3 ayda 28 adam xəstəliyə yoluxub. Bu xəstələrdən 3-ü dünyasını dəyişib", - Şirzadi deyib.
Xəstəliyin əlamətləri arasında qızdırma, baş ağrısı və mədə-bağırsaq simptomlarının olduğunu qeyd edən Şirzadi, gənə ilə ötürülən xəstəliyin heyvanlardan da keçə biləcəyini xatırladıb.
İran rəsmisi tövlə heyvanlarının ətinin istehlakdan əvvəl 24 saat 4 dərəcə istilikdə saxlanılmalı olduğunu vurğulayıb.