Keçmiş islamçıya VİP-də müavin postu

28 İyul 2013 09:13 (UTC+04:00)
Bir müddət öncə İslam Partiyasından istefa verən qurumun mətbuat xidmətinin rəhbəri Cavid Alışov fəaliyyətini Vətəndaş və İnkişaf Partiyasında davam etdirə bilər.

AzNews.az-a daxil olan məlumata görə, C.Alışova siyasi fəaliyyətini Əli Əliyevin rəhbərlik etdiyi partiyada müavin postunda davam etdirmək təklif edilib.

Məsələ ilə bağlı AzNews.az-ın sualını cavablandıran C.Alışov hələlik yekun qərarın qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, keçən ilin avqustundan İslam Partiyasından istefa verib. Ötən müddət ərzində 3 partiyadan dini və ideoloji məsələlər üzrə müavin postuna dəvət alıb ki, bunlardan da biri VİP-dir: "Hələlik yekun qərar verməmişəm.Ancaq ən yaxşı seçimin VİP olacağını düşünürəm. Bununla bağlı partiya rəhbərliyi ilə yaxın zamanda görüş keçiriləcək və qərar bundan sonra açıqlanacaq".

AzNews.az