"BMT Beynəlxalq Məhkəməsinin bizim Laçında nəzarət-buraxılış məntəqəsi qurmamızla bağlı Ermənistanın qaldırdığı iddianı rədd etməsi təkcə haylara deyil, Fransaya, İrana və Qarabağdakı separatçı ünsürlərdən proksi kimi faydalanan digər dövlətlərə zərbədir".
AzNews.az xəbər verir ki, bunu millət vəkili Sahib Aliyev deyib.
"Yəqin belə bir qərar çıxarılacağını, burada da canfəşanlığının nəticəsiz qaldığını rəsmi Paris öncədən bildiyindən Fransanın xarici işlər naziri Katrin Kolonna dünən kiçiyi Ararat Mirzoyana zəng edib təsəlli verirdi. Amma kimin nə deməsindən və düşünməsindən asılı olmayaraq Qarabağdakı qanunsuz silahlı birləşmələrin sonuna sayılı günlər qalır. Onlar texnika və silahlarını təhvil vermək şərtilə rədd olub oradan getməsələr, zərərsizləşdiriləcəklər. Çünki özünə hörmət edən heç bir dövlət izni olmadan torpağında kiminsə ordusunun tör-töküntülərinin varlığıyla barışa bilməz", - deyə o əlavə edib.