Avropa Kosmik Agentliyinin Ariane 5 raketi sonuncu dəfə orbitə buraxılıb

7 İyul 2023 15:47 (UTC+04:00)

Avropa Kosmik Agentliyinin (ESA) buraxılış xidmətləri şirkəti Arianespace, Ariane 5 raketini sonuncu dəfə kosmosa göndərib.

Aznews.az xəbər verir ki, "Arianespace" iyulun 5-də Fransa Qvianasından Ariane 5 raketini buraxdığını açıqlayıb.

Açıqlamada son dəfə kosmosa göndərilən Ariane 5-in ümumilikdə 117 missiya yerinə yetirdiyi qeyd edilib.

Ariane 5-in son missiyasının Fransa hərbi telekommunikasiya peyki SYRACUSE 4B və Alman telekommunikasiya peyki "Heinrich-Hertz"-i daşıyacağı bildirilib.

Açıqlamada hər iki peykin orbitə uğurla yerləşdirildiyi qeyd olunub. Alman peyki rabitə sahəsində yeni çağırışların həlli yollarını inkişaf etdirmək məqsədi daşıyır.

Mövsüm