“Son illərdə Azərbaycan ilə Albaniya arasındakı əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edir”.
Bunu Albaniya Prezidentinin Azərbaycana rəsmi səfəri ilə bağlı AzNews.az-a danışan millət vəkili Jalə Əhmədova deyib.
O bildirib ki, Albaniya Prezidentinin Azərbaycana səfəri iki dövlət arasında mövcud olan əməkdaşlığın daha da dərinləşməsinə və dövlətlərarası inkişafa öz töhfəsini verəcək:
“Azərbaycan ilə Albaniya arasındakı iqtisadi, ticari, turizm və digər sahələri əhatə edən, ikitərəfli əməkdaşlığın əsasını qoyan başlıca amil enerji sahəsinin inkişafı məsələləridir. Bu barədə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşündə qeyd olunub”.
Rəşid Qarayev