Türkiyənin məşhur aktyoru vəfat edib

8 İyul 2023 17:56 (UTC+04:00)

Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib.

Aznews.az bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir.

Limfomadan əziyyət çəkən Ö.Uğur üç ay idi ki, reanimasiyada idi.

Qeyd edək ki, sənətçi 1953-cü ildə anadan olub. Bir sıra məşhur serial və filmlərdə oynayıb.