Mərhum liderin çəkdiyi rəsm hədiyyə verildi
28 İyul 2013 13:15 (UTC+04:00)
Venesuela prezidenti rəsmi Fidel Kastroya hədiyyə edib
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Venesuela prezidenti Nikolas Madura şənbə günü Havanada Kuba inqilabının lideri Fidel Kastro Rus ilə görüşüb və ona Venesuelanın mərhum lideri Uqo Çavesin öz əliylə çəkdiyi rəsm əsərini bağışlayıb.
Latın Amerika KİV-ləri yazır ki, bu əsəri Çaves Havanada, xərçəng xəstəliyindən bərpa olunan zaman çəkib. 2011-13-cü illər müddətində Venesuelanın eks-prezidentini Kubada 4 dəfə əməliyyat etmişdilər, burada o, bir neçə kurs müalicə götürmüşdü. Sonuncu kurs bu ilin fevralında, martın əvvəlindəki vəfatından bir neçə gün əvvəl bitmişdi.
Maduro, həmçinin Kastroya Çaves haqqında yazılmış "Mənim ilk həyatım" adlı kitabı da hədiyyə edib.
Görüş zamanı Maduro və Kastro Kuba inqilabının 60 illik yubileyinin qeyd olunması, eləcə də Çavesin şəxsiyyəti haqda söhbət aparıblar.
"Çavesə çox ehtiyacımız var", - Venesuela prezidenti deyib.
Kastro isə öz növbəsində iqlim dəyişməsi probleminə toxunub.
AzNews.az