Rauf Zeyni namizədliyini geri götürdü

10 İyul 2023 15:09 (UTC+04:00)

Rauf Zeyni Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədliyini geri götürü

AzNews.az xəbər verir ki, bu barədə Rauf Zeyni özü məlumat verib.

"İki il öncə zəhmət çəkib mənə səs verib Mədəniyyət Nazirliyi yanında İŞ-nin üzvü seçən həmkarlarıma dərin minnətdarlığımı bildirir, hər kəsə bir daha təşəkkür edirəm. Təəssüf edirəm ki, böyük çətinliklərlə başladığımız işləri davam etdirməyə imkan olmadı.

İctimai yükümün çox olması səbəbindən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədliyimi geri götürmək qərarına gəldim. Bütün namizəd həmkarlara uğurlar arzulayıram", - deyə o qeyd edib.