SpaceX-in Starlink peykləri “arzuolunmaz” elektromaqnit şüalanma yayır

10 İyul 2023 17:00 (UTC+04:00)

Avropalı tədqiqatçılar ABŞ-nin SpaceX şirkətinə məxsus Starlink peyklərinin astronomiya tədqiqatları üçün ayrılmış tezlik diapazonlarını “arzuolunmaz” elektromaqnit şüalanması ilə çirkləndirdiyini iddia ediblər.

Aznews.az xəbər verir ki, "Science Alert" xəbərinə görə, Avropa Cənub Rəsədxanasının (ESO) dərc etdiyi hesabatda Starlink peyklərindəki elektron qurğular 110 ilə 188 meqahers arasında olan radio diapazonlarına şüalanma sızdırır.

Hesabatda qeyd olunub ki, sözügedən peyklər 10,7 ilə 12,7 giqahers tezliklərdə istifadə edilib, tezlik diapazonlarından kənara yayılaraq elektromaqnit çirklənməsinə səbəb olub.

Məlumdur ki, Starlink peykinin radiasiya sızdıran zolaqlarına Beynəlxalq Telekommunikasiya İttifaqının astronomiya tədqiqatlarına ayırdığı 150,05 ilə 153 meqahers diapazonları da daxildir.

Aşağı Tezlik Ardıcıllığı (LOFAR) şəbəkəsindən istifadə edilən araşdırmada SpaceX-in 68 Starlink peykindən 47-də “arzuolunmaz” radiasiya “sızması” müşahidə edilib.

Tədqiqatçıların fikrincə, “arzuolunmaz” səbəblərdən radiasiya astronomiya müşahidələrinə mənfi təsir göstərə bilər.

Radiasiya sızması probleminin SpaceX-ə bildirildiyi və şirkətin həll yolu üzərində işləməyə başladığı bildirilir.

Araşdırma "Astronomy and Astrophysics" jurnalında dərc olunub.

Mövsüm