Ermənistanda bu zavodun fəaliyyətinin dayandırılması zəruridir - Qəmzə Yusubova

10 İyul 2023 17:57 (UTC+04:00)

"Biz, Azərbaycanda fəaliyyət göstərən ətraf mühitlə məşğul olan bir qrup qeyri-hökümət təşkilatları Ermənistanın baş naziri Nikol Paşinyana məktubla müraciət etmişik. Əslində müraciətimizin məqsədi Ermənistan Respublikasında dağ-mədən sənayesində aparılan işlərin regionda ciddi ekoloji problemlər yaratdığının şahidiyik. Biz bundan çox narahatıq".

Bu sözləri AzNews.az-a açıqlamasında Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova bildirib.

O qeyd edib ki, bu məsələdən həm də Ermənistanın vətəndaş cəmiyyəti çox narahatdır.

"Onlar bununla bağlı dəfələrlə öz narahatlıqlarını dilə gətirirlər. Biz də Ermənistandakı qeyri-hökümət təşkilatlarının həyəcanını başa düşürük və onları bu sahədə dəstəkləyirik. Ermənistanda dağ-mədən sənayesi heç bir norma və standartlara riayət edilmədən aparılır. Biz məktubda dağ-mədən sənayesinində aparılan işlərin dayandırılmasını baş nazirdən tələb etmişik. Birləşmiş Millətlər Təşkilatları dayanıqlı inkişaf məqsədləri,ekoloji sosial və iqtisadi problemlərin həlli üçün çərçivə təqdim eləmişdi. BMT-yə üzv dövlətlər təmiz havanı içməli suyu sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıblar. Eyni zamanda BMT təmiz sağlam və dayanıqlı inkişaf mühitini insan hüquqları kimi tanıyır. Ermənistanın bu dağ-mədən sənayesində apardığı bu işlərdə BMT kimi nüfuzlu təşkilatın qərarlarına da məhəl qoymadan öz fəaliyyətini davam etdirməsi də birinci dəfə baş verən hadisə deyil. Ümumiyyətlə Ermənistan Respublikasında sistemə ciddi şəkildə ziyan vuran dağ-mədən sənayesinin fəaliyyətinin dayandırılması mütləqdir. Biz 12 bənd üzrə Ermənistanın Baş nazirinə müraciət etmişik. Qafandakı dağ-mədən kombinatının, Göyçə mahalındakı iri-dağ mədən sənayesindəki obyektlərinin adını çəkmişik".

O həmçinin qeyd edib ki, bu obyektlərin əsl səhmlərinin çox hissəsinin Avropanın iri nüfuzlu şirkətlərinə aid olduğu hamıya bəllidir.

"Bu ölkələrin də Ermənistanla birlikdə ekoloji sistemə ziyan vurmaqda kömək edirlər. Biz Paşinyana məktubla müraciət edərkən Azərbaycanın ekoloqlarının, ictimai fəallarının dağ-mədən sənayesində apardıqları işlərlə bağlı bir monitorinqlər aparmaq, həmin ərazidə olan proseslərə nəzarət etməklə bağlı tələb irəli sürmüşük. BMT-nin qəbul etdiyi insan hüquqları ilə bağlı beynəlxalq ekoloji təşkilatlarının Orhus konvensiyasının müddəalarından biri də ondan ibarətdir kim hər hansı regionda böyük sənaye obyektləri tikilərsə qonşu dövlətlər bunu məlumatlandırmalıdır. Ermənistan BMT-nin qəbul etdiyi qərarlara etinasız yanaşır və bu fəaliyyətini durmadan davam etdirir.Bu məsələ təkcə Ermənistan,Azərbaycan üçün deyil,ümumiyyətlə Qafqaz üçün çox ciddi təhdiddir. Dağ-mədən sənayesinin fəaliyyəti onlardan atılan tullantılar nəticəsində içməli su hövzələrini çirkləndirir. Həmin çaylara axıdılan tullantılar həm orada yaşayan heyvanlara, həm də insanların sağlamlığında ciddi problemlərin yaranmasına səbəb ola bilər".

Ayan Rzayeva