Biləsuvarda ağır yol qəzası: bir ailənin 3 üzvü xəsarət aldı - Foto

28 İyul 2013 13:35 (UTC+04:00)
Biləsuvar rayonunda bir ailənin 3 üzvünün ağır xəsarət almısı ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 106 cı km-nin Biləsuvar rayonunun Xırmandallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini 1953 –cü il təvəllüdlü Fərhad Əliyevin idarə etdiyi "Shacman " markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Bakı sakini Razayev Akif Yadulla oğlunun sükanı arxasında olduğu "Hyundai " markalı avtomobillə toqquşub.

Yük avtomobilinin sürücüsünün sözlərinə görə qəza "Hyundai"–ın surucusünün sükan arxasında yuxulu olması səbəbindən baş verib.

Qəza zamanı sürücü, övladları Kamran və Zülfiyyə Razayevlər ağır vəziyyətdə Biləsuvar MRX-a çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə Xəstələrin vəziyyəti ağır olduğundan onlar Paytaxta gətiriliblər. Xəsarət alanlar arasında 13 yaşlı Kamranın vəziyyətinin daha ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisdi İdarəsində araşdırmalar aparılır.

AzNews.az