DSX-nin əsgəri silahdan açılan atəşdən ölüb

11 İyul 2023 19:17 (UTC+04:00)

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib.

Aznews.az xəbər verir ki, bu barədə DSX-dən bildirilib.

Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.