Hər kəsin yuxuya olan ehtiyacı fərqlidir!
- Hər insanın ehtiyacı olan yuxu miqdarı fərqlidir.
- İnsanlar yaşa dolduqca yuxu ehtiyacları da azalmağa meyillidir.
- Çox yatmaq düzgün deyil.
- Bəzən insanlar yata bilməzlər. Siz də bəzən yatmayın. Bir neçə gecə ard-arda yatmasanız belə yuxunuz daha sonra normasına qayıdacaq. Buna görə də yatmamaqdan qorxmayın.
- Yata bilməmək qorxusu ilə yataqda uzanmağa davam etməyin. Yata bilmədiyiniz vaxtlar çarpayıda uzananda yuxunuz daha çox qaçacaq. Çarpayıdan uzaqlaşın, başqa işlərlə məşğul olun. Əgər mədənizdə problem yoxdursa, süd için. Bu zaman yuxunuz gələcək.
Yuxu problemini həll etmək üçün yollar
Yatmazdan əvvəl edilə biləcək şeylər
- Axşam saatlarında stimullaşdırıcı və ya enerji verici qidalar qəbul etməyin (çay, qəhvə, "Coca-Cola" və s.)
- Yatmazdan əvvəl siqaret çəkməyin.
- Yatmazdan əvvəl yemək yeməyin.
- Yatmazdan əvvəl çox hərəkət etməyin.
- Yatmazdan əvvəl zehninizi aktivləşdirəcək fəaliyyətlərlə məşğul olmayın. (kitab oxumaq yuxuya mənfi təsir göstərməz)
- Əgər səs, işıq kimi faktorlardan narahat olursunuzsa, uyğun vasitələrlə gözünüzü və qulağınızı bağlaya bilərsiniz.
Gündüz saatlarında edilə biləcək şeylər
- Səhərlər müəyyən edilmiş saatlarda oyanın. Həmişə eyni saatda oyansanız, 7-10 gün sonra yuxunuz daha tez gələcək.
- Gün ərzində özünüzü yormağa çalışın. (Sosial fəaliyyətlərə qatılın, idman edin)
- Günortalar yatmayın.
- Gündəlik işlərinizi çarpayıda görməyin. Çarpayı sadəcə yatmaq üçündür.
- Hər gecə müəyyən saatlarda yatın.
- Gecə yuxusu vacibdir. Gündüzlər oyaq olsaq, bədəninizin sadəcə səhərlər ifraz etdiyi hormonlardan yararlana bilərsiniz.
Rahatlamaq üçün hərəkətlər
- İçinizdən 3-ə qədər sayaraq nəfəs alın sonra 3-ə qədər sayaraq nəfəs verin.
- Çox dərin nəfəs almayın, yavaşca nəfəs alıb verin.
- Bunu 10-15 dəqiqə təkrarlayın.
Dərman istifadəsi
- Dərman yuxu probleminizin həllində sadəcə bir addımdır.
- Dərman qısa müddətdə yatmağınıza kömək etsə də, uzun müddət istifadəsi arzuolunan deyil.
- Yuxu probleminizi dərmanlar təkbaşına həll etməyəcək.
- Bu problemi həll etməyin yolu digər üsullardan istifadə etməkdir.
Yuxuya getməyinizi əngəlləyən düşüncələri təxirə salın
Çarpayıya uzandığınız zaman ağlınıza gələn, davamlı düşündüyünüz, bu səbəblə yuxunuzu qaçıran fikirlər varsa, onları müəyyənləşdirin.
Bu fikirləri səhər oyananda düşünmək üçün ertələməyiniz, yuxu zamanı bu fikirlərin arxasınca getməməyiniz, gün ərzində xoş əhval-ruhiyyəli gün keçirməyinizə və axşam rahat şəkildə yuxuya getməyinizə səbəb olacaq.
Yuxu ilə alkoqol-maddə istifadəsi arasında əlaqə
Yuxu ilə alkoqol və uyuşdurucu maddə arasında əlaqə aşağıdakı kimidir:
Yuxusuzluq alkoqol-maddə istifadəsini artırır. (Şəxs yatmaq üçün içər, amma səhəri yuxusuzluq daha da artar)
Alkoqol-maddədən istifadə yuxusuzluğu artırar. ( Spirtli içkinin verdiyi yuxu həqiqi deyil. Buna görə də yuxunun təbii axarı pozular)
Pərvanə