“Qarabağda mina təhdidi beynəlxalq təşkilatların gündəliyində saxlanılmalıdır”
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib.
Artıq 3 ildir ki, torpaqların azad olmasına baxmayaraq mina problemi öz həllini tapmır. İlin sonuna imzalanması gözlənilən sülh müqaviləsinə dair görüşlərə baxmayaraq hələ də mina xəritələri tam olaraq Azərbaycan tərəfinə verilməyib. Sülh müqaviləsinə bu qədər yaxınlaşarkən niyə Ermənistan və Azərbaycan arasında hələ də mina problemi qalmaqdadır? Beynəlxalq təşkilatların bu məsələyə niyə ciddi yanaşmır?
Məsələyə münasibət bildirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay AzNews.az-a açıqlamasında
Noyabrın 10-da imzalanan sülh sazişində çoxlu problemlərin olduğunu vurğulayıb.
“Rusiyanın 5 il sülhməramlı kontingenti adı altında Dağlıq Qarabağda qalması istər-istəməz problemlər gətirir. Rusiya regionda mövcudluğunu qorumaq üçün problemlərin davam etməsini istəyir, ona görə də digər problemlərin, xüsusən də minaların mövcudluğu Rusiyanın bölgədə qalma müddətini uzadacaq”.
Politoloq bildirib ki, Ermənistan Azərbaycanla barışmaq istəsə də, regionda gedən prosesləri öz xeyrinə çevirmək istəyən bütün dövlətlər, xüsusilə Amerika, Fransa, Rusiya bu prosesi baltalamağa çalışırlar.
“ Atəşkəs rejiminin pozulması Rusiyanı regionda saxlasa da, hər bir münaqişə Azərbaycanla Ermənistan arasında sülhün imzalanması ehtimalını aradan qaldırır. Beynəlxalq sistem mina məsələsində çox həssas olsa da, Azərbaycanla Ermənistan arasında ümumi problemlər arasında mina məsələsinə o qədər də önəm vermir. Lakin bölgədə həm mülki, həm də hərbi mövcudluq üçün ən böyük təhdid sahibsiz minalardır. Bölgəyə qəti və davamlı sülhün gəlməsi üçün Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqları ilə sülh yalnız sual altındadır”.
Ayan Rzayeva