Əylənməyə sarışın, evlənməyə qaraşın – Kişilərin seçimi

28 İyul 2013 19:46 (UTC+04:00)
İngiltərədə aparılan bir araşdırma kişilərin evlənmək üçün əsasən qaraşın qadınlara üstünlük verdiyini üzə çıxarıb. İngilis mütəxəssislər araşdırma çərçivəsində qadın-kişi əlaqələrini müxtəlif aspektlərdən dəyərləndiriblər.

Ortaya çıxan nəticələrə görə, kişilərin böyük əksəriyyəti sarışın qadınların daha əyləncəli olduğunu bildirib. Bununla yanaşı, araşdırmalar göstərib ki, evlənmək üçün kişilər sarışın yox, daha çox qaraşın qadınları seçirlər.

Buna səbəb kimi isə rəyi soruşulan kişilərin 58 faizi qaraşın qadınların cini aktivliyinin yüksək olduğunu göstərib. Kişilərin 55 faizinin yaxşı yemək bişirən qadınları daha çox sevdiyi ortaya şıxıb.

Elnur
AzNews.az