İyulun 17-də müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Azərbaycan Ordusunun beynəlxalq əlaqələri genişdir. Azərbaycanın dünyanın bir çox ölkələri ilə həm siyasi, həm mədəni, həm də iqtisadi sahədə ikitərəfli əlaqələri yüksək səviyyədədir”.
Mövzu ilə bağlı saytımıza danışan hərbi ekspert Emin Həsənli bildirib ki, Gürcüstan Azərbaycanın qonşu dövlətidir, strateji müttəfiqidir.
"Bir çox layihələrimiz Gürcüstan və Türkiyə üzərindən dünyaya çıxarılır. Türkiyə-Gürcüstan-Azərbaycan birgə hərbi təlimləri keçirilir. Həm hava sərhədlərinin, həm quru sərhədlərinin qorunması birgə maraqlar çərçivəsindədir. O cümlədən Gürcüstanla Azərbaycan arasında bir çox məsələlər o cümlədən hərbi əməkdaşlıq hər zaman yüksək səviyyədə olub. Hesab edirəm ki, bu münasibətlər davam edəcək. Ona görə də Azərbaycan bu əməkdaşlığa xüsusi önəm verir. Bizim qonşu müttəfiq ölkə olan Gürcüstanla da əlaqələrimizin dərinləşməsi çox təbiidir”.
Rəşid Qarayev