Misirdən şok Türkiyə qərarı

29 İyul 2013 07:50 (UTC+04:00)

Misir hakimiyyəti Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejimini ləğv edib. Hüsnü Mübarəkin hakimiyyətdə olduğu zaman Türkiyə vətəndaşları Misirə getmək üçün sərhəddə viza alırdılar. Yeni qərarla bu qayda ləğv edilib.

Misir sərhəddə viza almaq prosedurunu dünyanın 50-yə yaxın ölkəsinin vətəndaşlarına tətbiq edirdi. Daha öncə Suriya, Filəstin və Yəmən vətəndaşları üçün sərhəddə viza almaq qaydası tək tərəfli ləğv edilib.

Elnarə
AzNews.az