Bu gün "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununa çıxacaq.
Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Azərbaycan millisinin sabiq futbolçusu, menecer Ceyhun Sultanov bu gün Olimpiya Stadionunda keçirilən oyun haqqında fikirlərini AzNews.az-a bölüşüb.
“İlk oyunla müqayisədə bu dəfə daha fərqli oyun keçəcəyini fikirləşirəm. “Qarabağ” hər sezonun əvvəlində formasını bərpa etmir,sonradan pikə çatır. İlk oyunda meydança amili,hava şəraiti “Qarabağ”a bir qədər çətinlik yaratdı. Bu gün Bakıda fərqli bir “Qarabağ” görəcəyik. Düşünürəm ki,bu meydançada azarkeşlər önündə həmin Linkoln komandasına bu dəfə böyük hesabla qalib gələcək. “Qarabağ”a bu günkü oyunda uğurlar arzulayıram”.
Ayan Rzayeva