Ukrayna Prezidenti Volodimir Zelenski dünən tviter hesabında İlham Əliyevə təşəkkürünü bildirib.
“Azərbaycan Ukraynaya birinci dəfə kömək etmir. Bundan əvvəl də Ukraynaya bir sıra humanitar yardımlar etmişik, onlara tibbi ləvazimatlar göndərmişik”.
Mövzu ilə bağlı saytımıza danışan politoloq Fikrət Sadıqov bildirib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır.
“Bu bizim xarici siyasətimizin əsas istiqamətidir və biz heç vaxt bundan imtina etməmişik. Təbii ki, bu Moskvada kimisə narahat edə, qıcıqlandıra bilər. Amma Azərbaycan kiminsə diqtəsi ilə siyasət aparmır, hansısa ölkələrlə dostluq və yaxud düşmənçilik etmir. Biz bu istiqamətləri, prioritetləri özümüz seçirik”, - o əlavə edib.
Politoloqun sözlərinə görə, Rusiya sülhməramlıları orada ermənilərin törətdiyi addımlara göz yumur, hətta onlara silah-sursat daşımağa şərait yaradır.
“Biz onu etsək də, etməsək də, onlar bunu edirlər. Amma biz Rusiya ilə düşmən mövqedə dayanmırıq. Hər halda Azərbaycanın Ermənistanla münasibətlərini normallaşdırmaq fikrindəyik və müxtəlif vasitəçilərdən istfadə edirik. O cümlədən Avropa İttifaqı, ABŞ və Rusiya. Biz ondan imtina etmirik. Amma əsas prioritetlərimiz bizim üçün daha yaxın və üstündür”.
Rəşid Qarayev