Həbsdə olan məşhur bankir prezidentə müraciət etdi

22 İyul 2023 11:23 (UTC+04:00)

Keçmiş “Royal Bank”ın idarə heyətinin sədri Əli Cəm Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Aznews.az saytının məlumatına görə, 6 il həbs cəzası alan Əli Cəm artıq 4 il 2 aydır ki, həbsxana həyatını yaşayır.

70 yaşlı bankir müraciətdə əfv olunmasını istəyir.