İranda nümayişlərlə bağlı iki ölüm hökmü ləğv edilib

26 İyul 2023 14:56 (UTC+04:00)

İranda 2019 və 2022-ci illərdə keçirilən etiraz aksiyaları zamanı müxtəlif ittihamlarla edama məhkum edilən iki nəfərin edamının dayandırıldığı bildirilib.

Aznews.az-ın məlumatına görə, keçən il Məhsa Emini nümayişləri zamanı "polis öldürmək" ittihamı ilə mühakimə olunduğu İnqilab Məhkəməsində edam cəzasına məhkum edilən Məhəmməd Kubadlunun vəkili Əmir Rəisiyan müvəkkili ilə bağlı qərarın Ali Məhkəmə tərəfindən ləğv edildiyini açıqlayıb.

Rəisiyan bildirib ki, müvəkkilinin psixi sağlamlıq problemlərinin araşdırılması və dosyenin yenidən qiymətləndirilməsi üçün başqa məhkəməyə göndəriləcək.

Digər tərəfdən,2019-cu ilin noyabr ayında benzin qiymətlərindəki artım xəbərlərdən sonra ölkə daxilində başlayan nümayişlər zamanı Mahşəhr şəhərində çoxlu sayda insanın öldüyü hadisələrlə bağlı mühakimə olunaraq edama məhkum edilən Abbas Dərisin hökmünün açıqlandığı açıqlanıb.

Dərisin vəkili Fereşte Tabanian Tvitter hesabından verdiyi açıqlamada, "Müvəkkilim Abbas Dərisin yenidən mühakimə olunması Ali Məhkəmənin 9-cu Şöbəsi tərəfindən təsdiqləndi. İcranın dayandırılması qərarı Mahşehrdəki edam şöbəsinə göndərildi" ,-deyə qeyd edib.

Mövsüm