II qrup üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə

29 İyul 2013 10:08 (UTC+04:00)
II ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb


Avqustun 3-də Azərbaycanda ali təhsil müəssisələrinin II ixtisas qrupu keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq iş nömrəsi, şifrə və kodu daxil etməklə "İmtahana buraxılış vərəqəsi"ni əldə edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına iyulun 14-dən başlanıb. Ali məktəblərə ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə, iyulun 21-də isə I ixtisas qrupu üzrə, iyulun 28-də IV ixtisas qrupu üzrə keçirilib. Bu il üzrə sonuncu qəbul imtahanı isə avqustun 3-də II ixtisas qrupu üzrə təşkil olunacaq.

AzNews.az