“Ermənistan və onu dəstəkləyən qüvvələr, o cümlədən separatçı rejim rəhbərliyi çox yaxşı anlayır ki, Ağdam-Xankəndi yolunun açılması Qarabağın erməni icmasının Azərbaycana inteqrasiyasını sürətləndirəcək. Məhz buna görə adı çəkilən qüvvələr Laçın sərhəd keçid məntəqəsinin açılmasında maraqlıdırlar. Çünki bu məntəqə Qarabağın erməni icmasının Ermənistanla əlaqədə qalmasına şərait yaradır”.
Mövzu ilə bağlı saytımıza danışan hərbi ekspert Ədalət Verdiyev bidirib ki, daha əvvəl də Azərbaycan Ağdam-Xankəndi yolunun alternativ kimi həm Beynəlxalq Qırmızı Xaç Komitəsinə həm də erməni tərəfinə təklif etmişdi.
“Bu təkliflər də Avropa İttifaqı tərəfindən də qəbul olunmuşdu. Şarl Mişel də son görüşündə bu marşrutun alternativ kimi təklifini səsləndirmişdi. Başqa sözlə desək bir neçə beynəlxalq qurumlar, o cümlədən danışıqlar prosesində moderatorluq edən Avropa İttifaqı və digər ölkələr belə bir təklifi məqbul hesab etdikləri halda Ermənistan tərəfi özünü elə aparır ki, sanki bu təkliflərdən xəbərsiz imiş. Lakin belə bir teatr vəya şouların yaradılması Azərbaycanı öz məqsədlərindən geri addım atdıra bilməz.
Ekspertin sözlərinə görə, Ermənistanın Azərbaycana psixoloji təsirləri tamamilə nəticəsizdir. “Belə cəhdlər artıq tamamilə iflasa uğrayıb. İkinci gündür ki, Laçın sərhəd keçid məntəqəsinə bir dənə də olsun erməni maşınının yaxınlaşmasına imkan verməyib. Belə bir imkan da mövcud olmayacaq. Ərazidə kifayət qədər güc, imkan və vasitələrimiz, şəxsi heyətimiz və texnikamız mövcuddur. Hər bir düşmən təxribatının qarşısını qətiyyətlə almağa hazırıq”.
Rəşid Qarayev