Qaraqurdun insanlara hücumu – 2 xəstə
29 İyul 2013 10:27 (UTC+04:00)
Həftə sonu bölgələrdən Bakıya hörümçəyin bir növü olan qaraqurd və ilan sancması ilə bağlı 3 nəfər gətirilib. Bu barədə məlumatı AzNews.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib.
Şöbə müdirinin sözlərinə görə, qaraqurd sancması ilə xəstələr Siyəzən və Şamaxıdan gətirilib. İlan sancması hadisəsi isə Kürdəmirdə qeydə alınıb: "Xəstələr arasında uşaqlar yoxdur. Hər 3 xəstəyə zərdab vurulub. Zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil ağırdır".
Elnarə
AzNews.az