Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2023” sərgisində çıxışı zamanı deyib ki, “KAAN” döyüş təyyarələri ilə bağlı Türkiyə və Azərbaycan arasında əldə olunan razılıq iki dövlətin müdafiə sənayesi sahəsindəki əlaqələrinin yeni mərhələsidir.
“Bu razılaşma çox vacib məsələdir, Azərbaycanın hərbi potensialını gücləndirəcək”.
Mövzu ilə bağlı saytımıza danışan ekspert İlham İsmayıl bildirib ki, Azərbaycan aviasiyasının gücləndirilməsi olduqca vacib məsələdir. “Yadınızdadırsa, ikinci Qarabağ müharibəsində F-16-lar sadəcə Gəncədə dayanmışdı və bu çox ciddi, təsiredici qüvvəyə malik idi. İndi F-16 olmasa da perspektivdə SU-25-lərin təkmilləşdirilməsi var, aviasiyanın təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində işlər görülür. Bu, Azərbaycanın hərbi potensialını gücləndirəcək”.
Ekspertin sözlərinə görə, bu istiqamətdə işləri davam etdirmək lazımdır.
“Aviasiya dedikdə yalnız qırıcı təyyarələr deyil, eyni zamanda helikopterlər də daxildir. Bildiyiniz kim Türkiyə hərbi sənayesində helikopter istehsalına da başladı. Onlardan da almaq lazımdr. Mənə elə gəlir ki, Türkiyə ordusunun modernləşməsi elə perspektivdə Azərbaycan ordusunun da modernləşməsi deməkdir. Modernləşmə eyni zamanda güclənmədir. Güclü olduqda isə bölgədə sayılıb seçilən, hesablaşılan bir ölkə olursan”.
Rəşid Qarayev