Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu dələduzluqda ittiham olunaraq saxlanılıb

29 İyul 2023 15:03 (UTC+04:00)

Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan saxlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, o, dələduzluqda şübhəli bilinir.

Keçmiş səfir dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində ziyan vurmaqda təqsirləndirilir.