Prezident padşah oldu

29 İyul 2013 10:59 (UTC+04:00)
Özbəkistanda nəşr olunan "Türküstan" qəzetində prezident İslam Kərimov barədə geniş məqalə dərc olunub.

AzNews.az-ın özbək mətbuatına istinadən verdiyi məlumata görə, məqalədə prezident "padşah" adlandırılıb. Məqalə müəllifi yazısında "Tanrıya min dəfə şükür edirik ki, bizə belə müdrik və ədalətli padşah bəxş edib" - deyə vurğulayıb. Məqalədə Özbəkistanın müstəqillik illərindəki inkişafının İslam Kərimovun müdrik siyasətinin nəticəsi olduğu qeyd olunub.

"Fərqanə" agentliyinin məlumatına görə, buna bənzər müraciət Orta Asiya respublikalarında geniş yayılıb. Tacikistan prezidenti İmaməli Raxmona "Cənabi-ali", Qazaxıstan prezidenti Nursultan Nazarbayevə "Elbaşı" ləqəbi verilib.

Elnarə
AzNews.az