Sürət Hüseynov komaya düşüb.
Bu barədə Qaynarinfo-ya sabiq baş nazirin yaxınları məlumat verib.
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
***
Azərbaycanın keçmiş baş naziri, 4 iyun 1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyamın təşkilatçısı Surət Hüseynov vəfat edib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, o, Moskvadan İstanbula uçurmuş və təyyarə eniş edən zaman ürəktutmasından keçinib.
AzNews.az