İranda həddindən artıq istilər səbəbindən avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin tətilə buraxılması qərara alınıb.
İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi "Twitter" hesabında verdiyi açıqlamada, “Bu günlərdə misli görünməmiş istilər səbəbindən vətəndaşların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyinin təklifi ilə ölkənin bütün ərazisində çərşənbə və cümə axşamı günləri tətil keçirilsin. Nazirlər Şurası tərəfindən qəbul edilib”,-deyə qeyd edib.
Son həftələrdə həddindən artıq isti havanın təsirli olduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə hava istiliyinin 51 dərəcəyə çatacağı təxmin edilir. Paytaxt Tehranda 40 dərəcə isti gözlənilir.
Mövsüm