Hərbi Hava Qüvvələrinin yüksəkvəzifəli generalları istefa verdilər
29 İyul 2013 12:27 (UTC+04:00)
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Qərargahının rəisi general-leytinant Nezih Camcı, ali hərbi-aviasiya məktəblərinin komandanı, general-mayor Atilla Öztürk və hərbi-aviasiya məktəblərinin komandanı, general-mayor Ziya Camal istefa veriblər.
Trend-in bazar ertəsi "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, ilin əvvəlindən bu günədək Türkiyə HHQ-nin komanda heyətindən 170 hərbçi istefa verib ki, bunlardan 123-ü Türkiyə HHQ-nin pilotudur.
2013-cü il avqustun 1-4-də Ankarada Türkiyə Prezidenti və Baş nazirinin iştirakı ilə Ali Hərbi Şuranın yığıncağının keçirilməsi gözlənilir.
AzNews.az